Onlayn ictimai-siyasi qəzet
Maqnit qasırğası yaxın günlərdə Yer kürəsini yenidən əhatə edəcək.
Musavat.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Günəş-Yer Fizikası institutlarının Günəş astronomiyası laboratoriyasının rəsmi saytında məlumat verilib.
Proqnoza görə, mayın 28-də səhər saatlarından başlayaraq, günortaya qədər nisbətən güclü G1 səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Axşama doğru maqnitosfer normallaşacaq.
Qasırğa nisbətən zəif olsa da, bəzi meteohəssas insanlar təzyiq dəyişiklikləri, baş ağrısı və ümumi narahatlıq hiss edə bilərlər. Həkimlər belə vaxtlarda ağır fiziki işlərdən uzaq durmağı və təmiz havada yüngül gəzintilər etməyi tövsiyə edirlər.
28 May 2025
27 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ