İnsanlara hürriyət, millətlərə istiqlal!

Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbulda hoteli tərk edib – ANBAAN VİDEO

Rusiya nümayəndə heyəti bu gün İstanbulda yerləşdikləri hoteli tərk ediblər.

Musavat.com xəbər verir ki, nümayəndə heyətinə Rusiya Federasiyası Prezident Administrasiyasının müşaviri Vladimir Medinski rəhbərlik edir.

Hadisə anban görüntülənib və kadrlarda nümayəndə heyətinin yüksək səviyyəli təhlükəsizlik tədbirləri ilə oteli tərk etməsi əks olunub. Qonaqlar Türkiyənin ev sahibliyi etdiyi Rusiya-Ukrayna danışıqları çərçivəsində İstanbulda yerləşən Çırağan sarayına yollanıblar.

TASS agentliyinin məlumatına görə, video jurnalist Pavel Tsukanov tərəfindən lentə alınıb.

Qeyd edək ki, bu gün saat 13:00-da Rusiya və Ukrayna nümayəndələrinin növbəti raund danışıqları keçiriləcək. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR