Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qarşı Avropa Parlamentində müzakirəyə çıxarılacaq etimadsızlıq votumu barədə sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki hesabında yazıb.
“Görünür, zəhərli ginekoloq hamını bezdirib”, - deyə Rusiyanın keçmiş prezidenti qeyd edib.
Medvedevin sözlərinə görə, fon der Layen pandemiya dövründə “Pfizer” vaksinlərinin satın alınması ilə bağlı “maliyyə maxinasiyalarında” iştirak edib:
“Nəyi, nə qədər aldığı bilinmir, amma xoş olmayan bir təəssürat qalıb. Bu da onun üçün xoş olmayan prosesin əsas səbəblərindən biri oldu”.
Qeyd edək ki, Dmitri Medvedev son dövrlərdə həm rus, həm də xarici mətbuatda “əyyaş” olaraq təsvir edilir.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ