İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: “Sadə avropalıların Brüsselə hücum etməsinin vaxtı çatıb”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ və Aİ arasında ticarət sazişi Vaşinqton üçün faydalıdır və avropalılar üçün tamamilə alçaldıcıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyev bu barədə Teleqram kanalında yazıb. O, Trampın Avropa İttifaqı ilə hazırkı "sövdələşmə"sini belə təsnif edib: “1. Bu, avropalılar üçün tamamilə alçaldıcıdır, çünki bu, yalnız ABŞ-ın xeyrinədir - Avropa bazarının müdafiəsini aradan qaldırır, Amerika mallarına rüsumları sıfırlayır; 2. Amerikanın bahalı enerjisini ödəmək üçün bir çox Aİ ölkələrində sənaye və kənd təsərrüfatı üçün böyük əlavə xərclər yaradır; 3. Avropadan ABŞ-a güclü investisiya axını yönləndirir."

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, sadə avropalılara sadəcə simpatiya bəsləmək olar: “Avropa komissarlarının hamısını Aİ ölkələrinin bayraq dirəklərindən asmaq üçün onların Brüsselə hücum etməsinin vaxtı çatıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR