 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Fədayə Laçın sosial şəbəkədə foto paylaşıb.
Fotonun üzərinə bu sözlər yazılıb:
“İnanıram ki, bir gün normal insanlar kimi gecə yarısından öncə yatacam. Hər gün sabah (səhərə yaxın - red.) yatıram. Dünən də bu gün yatdım”.
Müğənni paylaşımına əlavə edib:
“Günaydın! Allah kəssin belə yaşayışı. Yenə bu söhbət yadıma düşdü, dedim, səhər-səhər gülüş bəxş edim sizə: Bir dəfə mənə cin girmişdi, heç nə eləmədim. 2-3 saatdan sonra özü çıxıb getdi. Dedi, bu yaşayış deyil”.
Xatırladaq ki, hazırda Fədayə Laçın Moskvada yaşayır və fəaliyyətini orada davam etdirir. Müğənni Rusiyada yaşayan azərbaycanlıların toy mərasimlərində çıxış edir./Yenisabah.az/
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ