Onlayn ictimai-siyasi qəzet
Almaniyanın keçmiş kansleri Angela Merkel bəyan edib ki, 2021-ci ildə Polşa və Baltikyanı ölkələr Rusiya ilə birbaşa danışıqlara mane olublar. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, bu, sonrakı inkişaflara təsir edib.
Macarıstanın “Partizan” nəşrinə müsahibəsində Merkel bildirib ki, Rusiya ilə danışıqlar ideyası hələ müharibədən əvvəl də müzakirə olunub, lakin Polşa və Baltikyanı ölkələr bu təşəbbüsü dəstəkləməyib. Onlar qorxurdular ki, Avropa İttifaqı Moskvaya qarşı ümumi mövqe tuta və onu inkişaf etdirə bilməyəcək.
Keçmiş kansler Vladimir Putinlə birbaşa dialoqun olmamasının sonrakı hadisələrdə mühüm rol oynadığını qeyd edib.
“Zaman dəyişib və biz sülhə nail olmaq üçün ən yaxşı mövqeyi nəzərdən keçirməliyik”, - Merkel deyib.
O, əlavə edib ki, buna yalnız Avropa “əsl çəkindirici rol oynasa və Ukraynanı dəstəkləsə” nail olmaq olar.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ