İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

Hadisə dünən baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: 

“Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.  (Qafqazinfo)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR