İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur tiktoker canlı yayımda GÜLLƏLƏNDİ - FOTO

Meksikada 23 yaşlı makiyaj blogeri Valeria Markes gözəllik salonunda canlı yayım etdiyi zaman güllələnərək həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə Halisko ştatının Zapopan şəhərində baş verib.

Yayımın əvvəlində Markes bir şəxsin ona dəyərli hədiyyə qoymaq istədiyini, lakin həmin şəxsi gözləmək niyyətində olmadığını söyləyib. Az sonra naməlum silahlı şəxs içəri daxil olaraq atəş açıb.

Halisko prokurorluğu cinayətlə bağlı araşdırmalara başlayıb.

Markesin TikTok platformasında təxminən 200 min izləyicisi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR