İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur yazıçı Rusiyada terrora haqq qazandırmaqda ittiham edilib

Rusiyada hərbi məhkəməyə terrorçuluğa bəraət qazandırmaq və xarici agentlər haqqında qanunvericiliyin pozulması ilə bağlı məşhur yazıçı Boris Akuninə (əsl adı Qriqori Çxartişvili) qarşı cinayət işi daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Akunin Ukraynada terror fəaliyyətinə haqq qazandırmaqda ittiham olunur.

Həmçinin, iş materiallarına görə, Rusiya və Böyük Britaniya vətəndaşlığı olan Akunin 2024-cü ildə iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib, lakin xarici agent işarəsi qoyulmadan nəşrləri internetdə yerləşdirməyə davam edib. Yazıçıya qiyabi ittiham irəli sürülüb və beynəlxalq axtarışa verilib.

Bundan əvvəl yazıçı Akunin ona qarşı açılan cinayət işi ilə bağlı xəbəri maraqsız görüb və bunu sürətin aşağı salınması adlandırıb.

Yazıçı 2014-cü ildən Londonda yaşayır. “Rosfinmonitorinq” 2023-cü il dekabrın 18-də Akunini terrorçuların və ekstremistlərin reyestrinə daxil edib. 12 yanvar 2024-cü ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi onu xarici agentlərin reyestrinə daxil edib.

Bundan əvvəl “Korpus” nəşriyyatı kitabdakı Boris Akuninin sitatını qara zolaqlarla örtüb.

Onu da qeyd edək ki, Boris Akunin 1914-cü ildə Bakıda baş verən hadisələrdən bəhs edən “Qara Şəhər” detektiv romanının müəllifidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR