Onlayn ictimai-siyasi qəzet
Türkiyədə temperaturun kəskin artdığı bir vaxtda meteoroloqlardan gözlənilməz hava proqnozu gəlib.
Bazar gecəsi və bazar ertəsi səhəri saatlarında Şərqi Qaradəniz və Şərqi Anadolu bölgələrinin yaylaqlarında intensiv qar yağışı gözlənilir.
"Diqqət: Qar siqnalı!"
Sosial media platforması "X" üzərindən yayımlanan açıqlamada qeyd olunub:
"Diqqət! Qar siqnalı! Bazar gecəsi və bazar ertəsi səhəri Şərqi Qaradəniz və Şərqi Anadolu yaylalarında intensiv qar yağışı proqnozlaşdırırıq".
Rizedə qar yağışı artıq təsirini göstərməyə başlayıb
Meteoroloji xəbərdarlıqlardan sonra Rize bölgəsində qar güclənib. Xüsusilə Ardeşen rayonuna bağlı olan Balıklı Yaylasında qar qalınlığı bəzi yerlərdə 5 metri keçib. Bu səbəbdən İl Xüsusi İdarəsinin əməkdaşları, yaylalara köç edəcək kəndlilərin çətinlik yaşamaması üçün yolların təmizlənməsi istiqamətində təcili işlərə başlayıblar.
Qeyd olunur ki, dəniz səviyyəsindən 2 400 metr yüksəklikdə yerləşən bölgədə, həm qışdan qalan qar, həm də çovğunun təsiri ilə yollar tamamilə bağlanıb. İşçi qrupları ağır texnikalar vasitəsilə qar kütlələrini təmizləməyə çalışırlar.
Texnika operatoru Osman Dedecan bildirib: "İşlər çox gərgin keçir. Yüksək ərazilərdə çovğun səbəbindən qar qalınlığı çox yüksəkdir."
Yolların təmizlənməsi ilə bağlı aparılan işlər dron kamerası ilə də görüntülənib. Hazırda həm heyvandarlıqla məşğul olanlar, həm də yaylalara köç hazırlığı görən kəndlilər üçün yolların açılması istiqamətində işlər davam edir./Milli.Az
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ