İnsanlara hürriyət, millətlərə istiqlal!

"Microsoft"-dan İsraillə şok əngəl: Bulud xidmətləri mülki izləmə üçün istifadə olunub

"Microsoft" İsrailin bulud xidmətlərindən Qəzza və İordan çayının qərb sahilindəki mülki əhalinin izlənməsi üçün istifadə etdiyini təsbit edib.

Musavat.com şirkət bu aşkarlandıqdan sonra İsrail Müdafiə Nazirliyinə göstərilən bəzi xidmətlərə girişə məhdudiyyət qoyub.

Araşdırma, "The Guardian" tərəfindən avqustun 6-da yayılan xəbərlərin ardından başlayıb. Qəzza və İordan çayının qərb sahilindəki mülki şəxslərə qarşı kütləvi izləmə fəaliyyətlərinin həyata keçirilməsi və "Microsoft"-un Azure platformasından istifadə edilməsi barədə iddialar ortaya çıxıb.

"Microsoft" şirkəti, bu məsələnin ciddi araşdırıldığını və nəticədə bəzi xidmətlərin dayandırıldığını açıqlayıb. Eyni zamanda şirkət daxilində, "Microsoft"un İsraillə əməkdaşlıq etməsi barədə xəbərlərin son aylarda böyük etirazlara səbəb olduğu bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR