Onlayn ictimai-siyasi qəzet
Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən Azərbaycan millisinə qoşulmaq üçün müraciəti rədd edilən rusiyalı fiqurlu konkisürən Veronika Jilina "Sea Breeze"dəki mənzilini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Jilina bu barədə İnstaqram hesabında paylaşım edib.
"Dostlar, bu mənim "Sea Breeze Real Estate"dəki mənzilimdir, Bakıya gələndə daimi yaşayış yerimdir!", - o yazıb.
Xatırladaq ki, Jilina 2025-ci ilin mayında Azərbaycan pasportu aldığını açıqlayıb.
Musavat.com
27 Sentyabr 2025
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ