İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə dönər mübahisəsindən imtina etdi

Musavat.com xəbər verir ki, Türkiyə dönər-kabapın Avropa İttifaqının “mühafizə olunan məhsul adları” siyahısına salınması ilə bağlı məhkəmə çəkişməsindən geri çəkilib.

Əgər bu müraciət qəbul olunsaydı, dönərin hazırlanmasına sərt standartlar tətbiq olunacaqdı. Məsələn, yalnız dana ətindən hazırlanması tələb ediləcək, tərəvəz əsaslı və ya vegan dönərinə qadağa qoyulacaqdı.

Məsələ xüsusilə Almaniyada narazılıq doğurmuşdu. Çünki bu ölkədə fəaliyyət göstərən dönərxanaların 80–90 faizi yeni qaydalar qüvvəyə minəcəyi halda fəaliyyətini davam etdirə bilməyəcəkdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR