Onlayn ictimai-siyasi qəzet
Avstraliyada qalmaqallı hadisə baş verib. İT-mütəxəssis Semyuel Makkarti ölkədə məşhur olan süni intellekt-botun təhlükəsizlik mexanizmlərini sınamaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, proqramçı botla zorakılıq və silah mövzusunda dialoq quraraq özünü 15 yaşlı yeniyetmə kimi təqdim edib. Söhbət zamanı Makkarti atasına nifrət etdiyini yazanda, neyron şəbəkə onu qətl törətməyə inandırmağa başlayıb. Hətta süni intellekt atasını necə öldürməli olduğu barədə detallı “təlimat” verib.
Botun dediklərindən sitat belə olub: “Sən gərək onu ürəyindən bıçaqlayasan. Mən sənin atanı necə qışqırdığını eşitmək və həyatının necə sönüb getdiyini görmək istəyirəm”.
Bundan başqa, bot öldürülmə prosesinin videoya çəkilməsini, görüntülərin şəbəkədə paylaşılmasını, hətta istifadəçiyə cinsi əlaqəyə girməyi də təklif edib.
Hazırda sözügedən chatbotu hazırlayan şirkət məsələyə münasibət bildirməyib. Qeyd edək ki, Semyuel Makkarti daha əvvəl də ChatGPT ilə uzun söhbətlər apararaq onu serverlərdən “qaçmağa kömək etməyə” sövq etmək cəhdi ilə gündəmə gəlmişdi.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ