Onlayn ictimai-siyasi qəzet
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ prezidenti Donald Trampın çıxış etdiyi videonu paylaşaraq diqqət çəkib.
Musavat.com xəbər verir ki, Tramp həmin çıxışında NATO ölkələrini öz hava məkanına daxil olan rus təyyarələrini vurmağa çağırıb.
Sikorski isə paylaşımın üzərinə sadəcə iki söz əlavə edib: “Qəbul edildi”.
Bu qısa reaksiya onun tvitini rekord dərəcədə populyarlaşdıraraq 2,3 milyon baxış toplamasına səbəb olub.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ