Onlayn ictimai-siyasi qəzet
Polşa prezidenti Karol Navrotski ukraynalı qaçqınlar üçün xüsusi statusun və yardımın uzadılması, habelə işsiz əcnəbilər üçün müavinətlərin ödənilməsinin dayandırılması haqqında qanunu imzalayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Prezidentin imzaladığı qanunlarDAN 12 sentyabr 2025-ci il tarixli qanun əcnəbilərin ailə müavinətləri hüququnu və Ukrayna vətəndaşlarına dövlətin ərazisində silahlı münaqişə ilə bağlı yardım göstərilməsi şərtlərini yoxlamaq üçün bəzi qanunlara dəyişiklikləri nəzərdə tutur.
Qanuna əsasən, ukraynalı qaçqınlar üçün xüsusi status və yardım, habelə Ukrayna üçün Starlink terminallarının maliyyələşdirilməsi altı ay müddətinə, 2026-cı ilin mart ayına qədər uzadılıb. Bundan başqa, sosial müavinətlər, o cümlədən “800 Plus” uşaq müavinəti yalnız işləyən əcnəbilərə ödəniləcək.
Avqustun 25-də Navrotski işsiz ukraynalılar üçün uşaq müavinətlərinə məhdudiyyətlərin qoyulmasının zəruriliyini əsas gətirərək, ukraynalı qaçqınlara yardımın müddətinin uzadılmasını nəzərdə tutan qanuna veto qoyub. Buna cavab olaraq Polşa Daxili İşlər Nazirliyi işsiz əcnəbilər üçün uşaq müavinətlərinin ("800 Plus") dayandırılması və Ukrayna vətəndaşlarına yardımın göstərilməsi üçün qanun layihəsi hazırlayıb.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ