Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı zamanı Fələstinin tanınması məsələsinə toxunub.
Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurası üzvlərinin Fələstini tanıması tarixi addımdır. O, həmçinin Böyük Britaniyanı bu qərarına görə təbrik edib.
Türkiyə lideri vurğulayıb ki, Fələstinə dəstək davam etməlidir və İsraildə Benyamin Netanyahu hökumətinin siyasəti yalnız diplomatik təzyiqlərlə deyil, daha təsirli tədbirlərlə dayandırılmalıdır.
Məlumata görə, dövlət başçıları həm ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə ediblər.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ