Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycandan nümunə götürməklə Rusiyada qohumlar arasında nikahın qadağan edilməsini təklif edib.
Musavat.com xəbər verir ki, Milonovun sözlərinə görə, belə nikahlar mənəvi baxımdan qəbuledilməzdir və uşaqlarda genetik mutasiyalar və xəstəliklərə yol aça bilər.
Deputat qeyd edib ki, o, bu tip nikahların tamamilə qadağan edilməsi təşəbbüsü ilə çıxış edəcək.
“Azərbaycan bu sahədə millətin sağlamlığını düşünərək yaxşı nümunə göstərir. Biz də geri qalmamalıyıq”, – Milonov vurğulayıb.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ