İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milyonlarla pul axıb gedir” – Eldar Qasımova reaksiyalar səngimir...

“Avroviziya televiziya yarışmasında iştirak Azərbaycan mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə, sivilizasiyasının Avropa və dünyaya tanıdılması baxımından unikal bir proyektdir. Bu proyektdə Azərbaycan dəfələrlə iştirak edib, azsaylı ölkələrdəndir ki, məhz bu layihəyə görə ayrıca bir saray inşa edilib. Nailiyyətlərə baxmayaraq, son illər problemlərimiz də var. Belə ki, Azərbaycandan həmin mahnı müsabiqəsinə təklif edilən istər mahnılar, artistlər və bu kimi texnoloji, estetik problemlər nəinki yüksək nailiyyətlər əldə etmək, finala çıxmağa belə mane olur. İctimai TV-nin bu layihə ilə bağlı siyasətini heç cür anlamaq mümkün deyil”.

Bu sözləri Yenisabah.az-a yazıçı, kulturoloq Aydın Xan Əbilov söyləyib.

O, son günlər çox danışılan məğlubiyyətimiz - Avroviziya musiqi müsabiqəsi haqda fikirlərini belə ifadə edib:

“Onlar bir neçə müğənnini ora yığıblar, aralarında tanınmış istedadlar, birmənalı qarşılanmayanlar, Azərbaycan mədəniyyətinə yaxınlığı olmayan şəxslər də var. Hətta prodüserliyi də qaliblərin birinı veriblər. O adamın musiqi və incəsənət proseslərindən nə qədər xəbəri var? Avroviziyanın yalnız estetik musiqi yarışması yox, həm də kulturoloji, kreativ, geoqrafik, geomədəni bir hadisə olduğunu dərk etdiyi bilinir, ya bilinmir? Bir komissiya yaradılıb və çox qəribə seçimləri onların öhdəsinə buraxıblar. Avroviziya sırf bəstəkar və musiqiçilərin yarışması deyil, ölkələrin yarışmasıdır. Musiqi kreativ bir silah olaraq bu yarışmada istifadə olunur. Necə ki, olimpiyada da yarış keçirilir və mütləq deyil ki, ən yüksək nailiyyət əldə edən güləşçi belə həmin yarışmalara, olimpiya oyunlarına menecer, baş məşqçi təyin edilsin, eləcə də bu müsabiqəyə də bir çox tərəfləri özündə əks etdirən mütəxəssislər ölkəni hazırlamalıdırlar. Bizim ölkədə bununla bağlı kifayət qədər mütəxəssislər var, olmasa belə qardaş Türkiyədən, xaricdən mütəxəssislər dəvət edə bilərik”.

Ekspert vurğulayıb ki, demək olar ki, burada tamaşaçıların fikri öyrənilmir:

“Bu yarışma ilə bağlı seçimlər nə qədər şəffafdır? Tanışlıq keçir? Ya kiminsə kimlərdənsə xoşu gəlir deyə müsabiqələrdə həmin adamı göndərirlər? Bu kimi hallar Azərbaycanın get-gedə yarışmada uduzmasına səbəb olur. Yarımfinal, ona qədər ki müddət və final mərhələsində olan təsir və ölkəni tanıtmaq imkanları üçün kifayəq qədər pul sərf edilir. Həmin pullar nə İTV-nin, nə də başqa televiziya rəhbərlərinin cibindən getmir. Bu, xəzinədən gedir. Ölkə rəhbərliyi və digər məsul şəxslər də Azərbaycanın bu yarışmada yüksək yer tutmasını istəyir. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin bu məsələdə təsiri sıfırdır. Mütəxəssislər demək olar ki, heç saya alınmır. Kütləvi art-la məşğul olan kulturoloqlar dəvət edilmir. Yalnız musiqiçilərin icmasından çağırırlar konsept təşkil edirlər, guya seçim edirlər, guya adamları göndərirlər, milyonlarla pul axıb gedir. Amma son nəticə demək olar ki, yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR