İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR