Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması məsələsi hazırda aktual deyil.
Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
"Ermənistan Respublikası Avropa İttifaqına daxil olmaq üçün ərizə verməyib, bu istiqamətdə danışıqlar aparılmır və müvafiq olaraq, bununla bağlı yarana biləcək məsələ aktual deyil", - o qeyd edib.
Xatırladaq ki, Ermənistan parlamentinin deputatları martın 26-da ikinci və son oxunuşda respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun qəbul ediblər.
Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın İttifaqa qoşulması prosesinin avtomatik olaraq başlanması demək deyil, çünki bu məsələ referenduma çıxarılmalıdır. Öz növbəsində, XİN başçısı Ararat Mirzoyan qanun layihəsinin lazımi sayda imza toplayan ictimai təşəbbüs olduğunu bildirib.//Report
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ