Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində bildirib ki, iclas tarixi bir hadisənin ildönümü ərəfəsinə təsadüf edir.
Parlament sədri 34 il öncə Azərbaycan Respublikası Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini xatırladıb və bu tarixi hadisədən bəhs edib. Eyni zamanda spiker qeyd edib ki, müstəqilliyi elan etməklə yanaşı, onu qoruyub-saxlamaq əsas idi və bu tarixi missiyanın öhdəsindən Ümumilli Lider Heydər Əliyev gəldi.
Çıxışının yekununda sədr Müstəqilliyin bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktublar ünvanlamağı təklif edib. Deputatlar alqışlarla təşəbbüsü müdafiə ediblər. Spiker deputatları və media təmsilçilərini də bayram münasibətilə təbrik edib.
Sədr Pakistana səfər haqqında da həmkarlarını məlumatlandırıb.
İclas davam edir.
E.Paşasoy,
Musavat.com
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ