Onlayn ictimai-siyasi qəzet
Yakutiyadan olan deputat Pyotr Ammosov Rusiya şou-biznesində bölgələrə qarşı ayrı-seçkilik olduğunu bildirib.
Onun sözlərinə görə, federal səhnəyə çıxış imkanı yalnız Moskva ətrafındakı sənətçilərə verilir, digər regionlar, xüsusən də Yakutiya sistematik şəkildə kənarda saxlanılır.
Musavat.com xəbər verir ki, Ammosov bu barədə çıxışında sərt danışıb:
“Yakutiyalı müğənnilər, sənətçilər, musiqiçilər çox yüksək səviyyədədir. Amma onların federal səviyyəyə çıxmasına imkan verilmir – səbəb isə maliyyə baryerləri və rəqabətin boğulmasıdır".
Deputat məsələni sistemli şəkildə həll etmək üçün bölgələrə proporsional təmsilçilik kvotalarının verilməsini təklif edib: “Rusiyanın bütün regionları mədəniyyət sahəsində eyni hüquqa malik olmalıdır. Gəlin, gəlib öz gözlərinizlə Yakutiyanın sənətçilərini görün – onlar səviyyə baxımından heç də Moskva estradasından geri qalmır".
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ