İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada həkim işləyən Elvin Hüseynov Bastrıkinə şikayət etdi: Onu milli zəmində təhqir edən qadın... - YENİ VİDEO

Moskvada azərbaycanlı cərrah-proktoloq Elvin Hüseynova qarşı milli zəmində təhqiramiz ifadələr işlədən qadın pasiyentin psixi xəstə olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, hadisənin görüntüləri yayımlandıqdan sonra böyük rezonans doğurmuş, həm Rusiya, həm də Azərbaycan mediasında geniş müzakirələrə səbəb olmuşdu.

Elvin Hüseynov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, qalmaqallı hadisədən sonra İstintaq Komitəsinə müraciət edib və məlum olub ki, sözügedən qadın Turet sindromu və şizofreniyadan əziyyət çəkir:

“Nümayəndəsi ilə kişi kimi danışdıq, hər şeyi yoluna qoyduq, bir-birimizə qarşı iddiamız yoxdur. Mənə hətta kompensasiya təklif etdilər, amma hamısından imtina etdim. Kimisə cəzalandırmağa ehtiyac yoxdur… Xəstə insanlara biz incimirik. İnsan bəzən təkcə bədənlə yox, ruhla da xəstələnir, tibbdə biz buna normal yanaşırıq”.

Həkim qeyd edib ki, pasiyentin təhqiramiz davranışları milli zəmində təhqir kimi qiymətləndirilsə də, vəziyyətin tibbi səbəblərlə bağlı olduğu aydınlaşıb. Onun sözlərinə görə, artıq qarşı tərəflə münasibətlər tam aydınlaşdırılıb və məsələ bağlanıb.

Hadisənin görüntüləri və Elvin Hüseynovun açıqlama videosu sosial şəbəkələrdə geniş yayılaraq Rusiya və Azərbaycan ictimaiyyətində ciddi müzakirə mövzusu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR