İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan sonra Orenburqda da saxlanma: Daha bir azərbaycanlı “qanuni oğru” tutuldu

Azərbaycan əsilli kriminal avtoritet Vaqif Süleymanovun Moskvada saxlanmasından dərhal sonra, Orenburq şəhərində daha bir nüfuzlu şəxs – Zaura qarşı əməliyyat keçirilib.

Musavat.com xəbər verir ki, yerli hüquq-mühafizə orqanları Zaur adlı şəxsin “cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda” ittiham edildiyini bildiriblər.

Bu maddə Rusiya Cinayət Məcəlləsinin 210.1-ci bəndi ilə - yəni, “qanuni oğru” statusu daşımaq və ya kriminal aləmdə liderlik etmək kimi qiymətləndirilir.

Hər iki saxlanma faktı göstərir ki, Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetlərə qarşı yeni əməliyyat dalğasına başlayıb.

Bu prosesin genişlənəcəyi istisna edilmir.

Əlavə məlumat verildikcə xəbər yenilənəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR