İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə HƏYƏCANI: NATO sərhədi boşalır–Sakinlər canlarını götürüb qaçır!” – DƏHŞƏTLİ ANONS VERİLDİ

Almaniya kansleri Fridrix Merts Rusiyaya qarşı uzaqmənzilli silah zərbələrinə qoyulan məhdudiyyətlərin götürüldüyünü elan etdikdən sonra Polşa və Litvanın sərhəd bölgəsinin sakinləri kütləvi şəkildə bölgəni tərk etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Litva ilə Polşanı birləşdirən, eyni zamanda Belarusu və Rusiyanın Kalininqrad vilayətini ayıran Suvalki dəhlizində vəziyyətin kəskin şəkildə gərginləşməyə başladığı iddia edilir. Yerli sakinlər Rusiyanın NATO-nun “Axilles dabanına ” mümkün hücumundan ehtiyat edirlər ki , onun tutulması Baltikyanı ölkələri alyansın qalan hissəsindən təcrid edəcək.

Evini tərk edənlərdən biri nəşrə deyib: “Biz ilk vurulan olmaq istəmirik”.

Litva və Polşa hakimiyyət orqanları hələlik hər hansı təxliyə planları barədə açıqlama verməyib, lakin yerlərdə hərbi mövcudluq artırılır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Kiyevdən olan hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR