İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir torpaq elementləri uğrunda qlobal savaş: Türkiyə strateji gücə çevrilir - MİT analizi

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Akademiyası “Nadir torpaq Elementləri və Türkiyə: Geosiyasi şahmatda yeni dinamiklər və aktorlar” başlıqlı yeni analiz sənədini yayımlayıb.

Musavat.com xəbər verir ki, analizdə nadir torpaq elementləri (NTE) üzərində qlobal nəzarət uğrunda mübarizə və bu sahədəki geosiyasi güc balansı geniş şəkildə təhlil olunub.

Sənəddə qeyd olunur ki, hazırda dünya üzrə nadir torpaq elementlərinin ümumi istehsalının 61 faizi, emal proseslərinin isə 92 faizi Çin Xalq Respublikasının nəzarətindədir. Belə bir vəziyyət Pekini bu sahədə dominant aktora çevirir və digər böyük dövlətlərin bu asılılıqdan çıxmaq üçün alternativ yollar axtarmasına səbəb olur.

Analizdə diqqətə çatdırılır ki, Birləşmiş Ştatların strateji və müdafiə sənayesi NTE təchizatından kəskin şəkildə asılı vəziyyətdədir. ABŞ-ın bu asılılığı, xüsusilə Çin tərəfindən ehtimal edilən ixrac məhdudiyyətləri fonunda, ölkənin deterrent (caydırıcı) gücünü zəiflədə biləcək təhlükə kimi qiymətləndirilir.

Məhz bu səbəbdən ABŞ ilə Ukrayna arasında nadir torpaq elementləri üzrə alternativ təchizat zənciri qurulması istiqamətində əməkdaşlıq prosesi başladılıb. Bu təşəbbüs Vaşinqtonun Çinə qarşı iqtisadi və texnoloji asılılığını azaltmaq məqsədi daşıyır.

Eyni zamanda sənəddə Türkiyənin böyük NTE ehtiyatlarına malik olduğu vurğulanır və bu resursların Ankara üçün strateji üstünlük qazandırdığı bildirilir. Analizdə qeyd olunur ki, Türkiyə bu ehtiyatları ilə qlobal enerji və texnologiya təchizat zəncirində əhəmiyyətli və strateji aktora çevrilməkdədir.

Milli İstihbarat Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilən analizin tam mətninə https://mia.edu.tr/uploads/f/30052025_1.pdf ünvanından daxil olmaq mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR