İnsanlara hürriyət, millətlərə istiqlal!

Yamayka fəlakət siqnalı verdi

Yamayka hakimiyyəti 5-ci kateqoriyalı Melissa qasırğasının keçdiyi ölkəni fəlakət zonası elan edib.

Musavat.com xəbər verir ki, bu, ölkənin Baş naziri Endryu Holnesin veb saytında dərc olunmuş açıqlamada yer alıb:  "Fəlakətlərə Hazırlıq və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin tövsiyəsinə uyğun olaraq, Baş nazir Endryu Holness Yamaykanı Fəlakət Risklərinin İdarə Edilməsi Qanununa əsasən fəlakət bölgəsi elan edib. Bu bəyannamə 28 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir. Hökumətin əsas prioriteti həmişə hər bir Yamayka sakininin təhlükəsizliyi və rifahıdır. Biz ölkəni qasırğa  Yamaykaya yaxınlaşdıqca fəlakət bölgəsi elan etməklə qabaqlayıcı tədbirlər gördük. Görünməmiş  kateqoriyalı Melissa qasırğası indi buradadır və adanın hər tərəfinə doğru hərəkət edir".

Qeyd edək ki, Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyalı Melissa qasırğası 28 oktyabrda sahilə çatıb, adada daşqınlara və genişmiqyaslı dağıntılara səbəb olub. Sahilə çatdıqdan sonra qasırğa 4-cü kateqoriyaya qədər zəifləyib. Melissa hazırda şimal-şimal-şərq istiqamətində şərqi Kubaya doğru hərəkət edir və daha sonra Baham adalarına doğru yönələcəyi proqnozlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR