İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA-da "optimallaşdırma": 4 minə yaxın işçiyə bu təklif olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) işçi sayının 3870 nəfər azalaraq, təxminən 14 000 nəfərə düşəcəyini gözləyir. Musavat.com xəbər verir ki, məlumatı TASS-a Kosmik Agentliyin rəsmi nümayəndəsi Şeril Uorner açıqlayıb.

O qeyd edib ki, NASA Ay və Marsın tədqiqi də daxil olmaqla, "optimallaşdırma ehtiyacı və səmərəliliyin artırılması, habelə kosmik kəşfiyyat və innovasiyaların qızıl dövrünü tam şəkildə davam etdirmək qabiliyyətini qorumaq" niyyətindədir. Uornerin dediyinə görə, agentliyin təxminən 3870 əməkdaşı (ümumi sayın 21 faizi) işçilərin ixtisarını nəzərdə tutan 2 proqramda iştirak etməyə razılıq verib. Onların çərçivəsində işçilər əlavə maaş və ya digər güzəştli şərtlərlə könüllü olaraq işdən çıxa bilərlər.

Uorner bildirib ki, NASA rəhbərliyi bu iki proqramın həyata keçirilməsindən sonra və normal kadr dövriyyəsi ilə agentliyin işçilərinin sayının təxminən 14 min nəfər olacağını gözləyir. Agentlik nümayəndəsi bu təxminlərin dəyişəcəyini istisna etməyib. Həmçinin o, sözügedən işçilərin işdən çıxarılması üçün dəqiq vaxt deməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR