Onlayn ictimai-siyasi qəzet
NATO Rusiya tərəfindən mülki uçuşlara yaradılan maneələrin qarşısını almaq üçün tədbirlər görür.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Mark Rütte danışıb.
Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin uçduğu təyyarədə Bolqarıstan hava məkanında GPS naviqasiya sistemində yaranmış problemlər də məhz bunun göstəricisidir.
“Bütün qitə rusların birbaşa təhdidi altındadır”, – deyə Rütte “Euronews”a bildirib.
“Hazırda hamımız şərq cinahındayıq – fərqi yoxdur Londonda, ya da Tallində yaşayırsınız. Biz buna qarşı durmaq, bunun təkrarlanmasının qarşısını almaq üçün gecə-gündüz çalışırıq. Bunlar ciddi insidentlərdir və çox böyük təsirə malikdir”, – NATO baş katibi vurğulayıb.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ