İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Çin Rusiya-Ukrayna münaqişəsinin tərəflərinə öldürücü silahlar vermir"

Çin Rusiya-Ukrayna müharibəsinin tərəflərinə öldürücü silahlar vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı İohan Vadeful ilə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Mən nazir Vadeful ilə Ukrayna böhranını və digər cari məsələləri müzakirə etdim. Çinin mövqeyi çox aydındır: biz sülh və danışıqlara nail olmaq üçün səylər göstəririk. Biz münaqişə tərəflərini öldürücü silahlarla təchiz etmirik, ikili təyinatlı malların, o cümlədən pilotsuz aparatların ixracına çox ciddi nəzarət edirik. Dünyada vəziyyət nə qədər gərgin olarsa, biz əməkdaşlığa bir o qədər diqqət yetirməliyik", - o deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR