Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin birinci yarısında Dövlət Neft Fondunun büdcə gəlirləri 8 milyard 833,0 milyon manat, büdcə xərcləri isə 7 milyard 278,6 milyon manat təşkil edib.
Musavat.com Fonda istinadən xəbər verir ki, hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsindən quruma 5 milyard 743,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azalma) daxil olub.
Bunun 4 milyard 974,3 milyon manatı mənfəət neftinin və qazın satışından, 765,3 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 3,6 milyon manatı akrhesabı ödənişlərdən əldə edilib.
İlin birinci yarısında Neft Fonduna Azəri-Çıraq-Günəşli yatağından 4 milyard 427,3 milyon manat (azalma təxminən 13,3 faiz), Şahdəniz yatağından (qaz və kondensat) isə 423,3 milyon manat (artım təxminən 2 faiz) məbləğində vəsait daxil olub.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ