Onlayn ictimai-siyasi qəzet
“Neftçi” yeni legioneri ilə münasibətlərini rəsmiləşdirib.
Bu, Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunudur. Azad agent statusu daşıyan legioner Bakıda tibbi baxışdan uğurla keçib. Onunla 2 illik (1+1) müqavilə bağlanıb.
Son olaraq İsveçrədə “Sürix”in formasını geyinmiş 28 yaşlı əcnəbi Norveçdə “Lilleström”, Türkiyədə Osmanlıspor”un formasını geyinib.
2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb. O, sonuncu dəfə fevralın 2-də meydana çıxıb.
“Neftçi” cari mövsüm üçün indiyədək 12 oyunçu ilə anlaşıb.
Bunlar Sessi D’Almeyda (“Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (Sumqayıt"), Murad Xaçayev ("Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (“AEK Larnaka”), Freddi Varqas (“Makkabi Netanya”dan icarəyə götürülüb), Cordan Rezabala ("Dorados"), Kristian Kostin (“Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç ("Antalyaspor", Türkiyə), Alessio Kurçi (“Francs Borains”, Belçika) və Falaye Sakodur ("Monpelye", Fransa). (sportinfo.az)
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ