İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya liderləri ABŞ-dadır - “İlham Əliyevin sessiyada iştirakı...”

Azərbaycan Prezidenti İlham Əliyev hazırda Birləşmiş Ştatlarda səfərdədir. Dövlət Başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edir. İlham Əliyevə və ölkəsinə dünya liderlərinin toplandığı bu tədbirdə də böyük diqqət göstərilir.

Təsadüfi deyil ki, Qalib Azərbaycanın lideri artıq bir sıra mühüm görüşlər keçirib və hər bir görüş də qarşı tərəflərin istəyi ilə baş tutub. Bu isə, həm də ölkəmizə olan marağın göstəricisi kimi qəbul olunmaqdadır.

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirdi ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı Azərbaycanın maraqlarının qlobal müstəvidə güclənməsi baxımından önəmlidir:


Asif Nərimanlı

“Baş Assambleyasının sessiyası qlobal problemlərin müzakirə edilməsi və həll yollarının tapılması ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, diplomatik təmasların qurulması üçün də platforma rolunu oynayır. Azərbaycan liderinin sessiyada iştirakı əhəmiyyətli hadisədir. Birincisi, Prezident İlham Əliyev qlobal problemlərin müzakirəsi və həll yollarının tapılmasında mühüm rol oynayan liderlərdəndir. İndiyə qədər Azərbaycanın qlobal həmrəliyə nail olmaq istiqamətində həyata keçirdiyi siyasət, irəli sürdüyü təşəbbüslər bunu təsdiq edir. Azərbaycan liderinin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı da qlobal sülhə və sabitliyə töhfə verəcək. İkincisi, Azərbaycan lideri ilə təmaslar qurmaq istəyən müxtəlif ölkələrin rəhbərləri, eləcə də müxtəlif şirkətlər bu sessiyada yaranmış fürsətdən istifadə imkanı əldə edirlər. Artıq sessiya çərçivəsində və kənarda Prezident İlham Əliyevin keçirdiyi görüşlər və qəbullar bunu göstərir. Xüsusilə “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone” kimi dünyanın ən böyük maliyyə şirkətlərinin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməsi bu kontekstdə diqqət çəkir. Adətən belə görüşlər qarşı tərəfin istəyi əsasında baş verir, bu da Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunu bir daha ön plana çıxarır. Digər tərəfdən, bu şirkətlərlə təmasların qurulması ölkəmizə investisiya axınını təmin etmək imkanları yaradır”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR