İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ikinci adamı – Putinin ən yaxınındakı sima dünyanın ən nüfuzlu yəhudiləri siyahısında

İsrailin nüfuzlu "The Jerusalem Post" nəşri ənənəvi olaraq dünyanın ən təsirli 50 yəhudisinin siyahısını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu il siyahıya Rusiyanın baş naziri Mixail Vladimiroviç Mişustin də daxil edilib və o, 18-ci pillədə qərarlaşıb.

Siyahının liderləri sırasında İsrailin baş naziri Benyamin Netanyahu birinci, ABŞ-da fəaliyyət göstərən məşhur iş adamı Stiven Uitkoff isə ikinci pillədə qərarlaşıb. Reytinq siyasət, biznes, mədəniyyət və ictimai həyatda qlobal təsir imkanlarına görə hazırlanıb.

Mişustin Rusiya Federasiyasında prezident Vladimir Putindən sonra ikinci ən mühüm siyasi fiqur hesab olunur. Onun baş nazir postuna gəlişi 2020-ci ildə Putinin birbaşa qərarı ilə reallaşıb və Kremlin idarəetmə komandasının əsas transformasiyalarından biri kimi qiymətləndirilib. Analitiklərin rəyinə görə, Mişustin Putinə ən yaxın şəxslərdən biridir və dövlət idarəçiliyindəki strateji qərarların qəbulunda mühüm rol oynayır.

Mixail Mişustin 1966-cı il martın 3-də Moskva vilayətində anadan olub. Təhsili üzrə mühəndis və iqtisadçıdır. 1990-cı illərdə biznes strukturlarında fəaliyyət göstərib, daha sonra dövlət xidmətinə keçib. 1998–1999-cu illərdə Rusiya Dövlət Vergi Xidmətinin rəhbərliyində çalışıb, 2004–2006-cı illərdə Federal Daşınmaz Əmlak Kadastrı Agentliyinə rəhbərlik edib. 2010–2020-ci illərdə Federal Vergi Xidmətinin rəhbəri kimi tanınıb və bu qurumun rəqəmsallaşmasına rəhbərlik edərək böyük nüfuz qazanıb. 2020-ci ilin yanvarından isə Rusiya Federasiyasının baş naziri vəzifəsini icra edir.

Beləliklə, Putinə ən yaxın fiqurlardan biri olan Mixail Mişustin bu reytinq vasitəsilə yalnız Rusiyanın deyil, həm də dünyanın ən nüfuzlu yəhudi şəxsiyyətlərindən biri kimi tanınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR