İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistan Avropa İttifaqının üzvü olmaya da bilər

Ermənistan Avropa İttifaqının üzvü olmaya da bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  bu barədə 23 sentyabrda keçirilən “Ermənistan Demokratiya Forumu” çərçivəsində panel müzakirəsində ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

“Bizim məqsədimiz bütün sahələrdə Aİ standartlarını təmin etməkdir”, – deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, cəmiyyətdə Ermənistanın Aİ-yə üzvlüyünün nə dərəcədə real olub-olmaması barədə çox danışılır.

“Hökumət və siyasi çoxluq bildirir ki, bizim əsas vəzifəmiz bütün sahələrdə Avropa İttifaqı standartlarına nail olmaqdır. Bu ən vacib məsələdir, çünki bir çoxları burada müəyyən geosiyasi məqamlar görürlər”, – deyə Paşinyan vurğulayıb.

Erməni baş nazir qeyd edib ki, demokratik islahatlar planında növbəti mərhələ Ermənistanın Aİ dəyərlərinə sadiqliyinin danılmaz və sarsılmaz olduğunu təsdiq etmək olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR