İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dron hücumlarının ŞOK MƏQSƏDİ üzə çıxdı

Rusiya gələcəkdə Şimali Atlantika Alyansına (NATO) qarşı mümkün münaqişələrdə istifadə etmək məqsədilə hücum dronlarının müdaxiləsinə NATO-nun imkanlarını və reaksiyasını qiymətləndirməyə çalışır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, Kreml böyük büdcə kəsiri ilə üzləşib və hərbi maşının maliyyələşməsini azaltmaq əvəzinə iqtisadi xərcləri kompensasiya etmək üçün əhalini qurban kimi görərək istehlak vergilərini artırmağa hazırlaşır.

Rusiyanın müxalif nəşri "The Bell"ə danışan bir neçə hökumət mənbəsinin məlumatına görə, federal büdcədəki böyük kəsir səbəbindən yaxın gələcəkdə əlavə dəyər vergisinin (ƏDV) 20 faizdən 22 faizə qaldırılması nəzərdən keçirilir.

ƏDV-nin 22 faizə qaldırılması hökumətə ildə əlavə 1 trilyon rubl (təxminən 11,9 milyard dollar), yəni Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) 0,5 faizi həcmində gəlir gətirə bilər. Lakin bu artımın əsas yükü əhaliyə düşəcək, çünki müəssisələr vergi artımlarını məhsul və xidmətlərin qiymətinə əlavə etməklə istehlakçıların cibindən çıxaracaqlar.

9 sentyabrda Rusiya Maliyyə Nazirliyi elan edib ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində federal büdcənin kəsiri 4,2 trilyon rubl (təxminən 50 milyard dollar) təşkil edib. Bu isə bütün il üçün planlaşdırılan 3,8 trilyon rubl (təxminən 45 milyard dollar) həcmindən artıqdır.

ISW xatırladıb ki, prezident Vladimir Putinin sözlərinə görə, Rusiyanın hərbi büdcəsi hazırda ÜDM-in 6,3 faizinə, yəni 13,5 trilyon rubla (təxminən 160 milyard dollar) bərabərdir və bu məbləğin böyük hissəsi federal büdcədə kəsirin yaranmasına səbəb olur. Bu 6,3 faiz göstəricisi Rusiyanın müdafiə sənayesi bazasının inkişafına yatırdığı investisiyaları əhatə etmir. Əksinə, Kreml 2025-ci ilin iyulunda kiçik dron istehsalçıları üçün ƏDV-ni sıfıra endirməyi təklif etmişdi.

Xatırladaq ki, 10 sentyabr gecəsi Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı ən azı 21 Rusiya pilotsuz uçuş aparatı sərhədi keçərək Polşanın hava məkanına daxil olub.

NATO müttəfiq ölkələrinin hava qüvvələri hədəfləri məhv etmək üçün aviasiyadan istifadə ediblər. Dronların bir hissəsi Ukraynaya silah tədarükü üçün ən böyük mərkəz olan Jeşuvdakı (Rzeszów) logistika habına yönəlmişdi.

Hücumdan sonra Polşa hərbçiləri 16 Rusiya dronunun qalıqlarını aşkarlayıblar.

Bu təxribatın cavabında NATO ölkələri Avropanın şərq cinahının müdafiəsini gücləndirmək üçün “Şərq Mühafizi” adlı əməliyyata başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR