Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, iş adamı və “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarov sosial şəbəkə izləyicilərinə özünün adi bir iş gününü qısa metrajlı video-rolikdə təqdim edib.
Rolikdə sənətçinin günü tutuquşusu ilə başlayan səhərindən, səhər yeməyindən, gün ərzində keçirilən iş görüşmələrindən və yaradıcı fəaliyyətindən kadrlar yer alıb. Videonun sonunda isə Ağalarovun axşam idmanla məşğul olduğu anlar göstərilib.
Cəmi bir dəqiqəlik montajla izləyicilərə çatdırılan bu video “12 saat 1 dəqiqədə” devizi ilə paylaşılıb. Emin Ağalarov bu dəfə də fərqli təqdimatı ilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub və ictimaiyyəti xoş mənada təəccübləndirib.
Hər şey izləyicilərin gözləri qarşısında – “buyurun, baxın” mesajı ilə təqdim olunub.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ