Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı bir sıra mühüm açıqlamalar verib. O, müharibənin hələ uzun müddət davam edəcəyini deyib və eyni zamanda Ukraynanın mübarizəsini yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Tramp bu fikirləri Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Rusiya bu müharibəni sürətlə başa çatdırmaq niyyətində olsa da, hazırda Moskvanın nailiyyətləri göründüyü qədər böyük deyil.
Tramp Rusiya iqtisadiyyatının da çətin durumda olduğunu bildirib: “Rusiyanın iqtisadiyyatı indi dəhşətli vəziyyətdədir. O, dağılır. Ukrayna isə bu böyük ordunu dayandırmaq vəzifəsinin öhdəsindən çox yaxşı gəlir”.
ABŞ lideri həmçinin Macarıstanın baş naziri Viktor Orbanla rus resurslarının alınması məsələsini müzakirə edəcəyini qeyd edib.
Təhlükəsizlik zəmanətləri ilə bağlı suala cavabında Tramp bildirib ki, bu mövzuya gələcəkdə toxunulacaq: “Biz bu barədə danışacağıq. Və ümid edirəm ki, bir az sonra bu mövzunu müzakirə etmək imkanımız olacaq. Hazırda bu suala cavab vermək tezdir”.
Trampın NATO ilə bağlı mövqeyi
ABŞ prezidenti eyni zamanda NATO məkanına daxil olan Rusiya təyyarələrinin vurulması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, belə hallarda addımlar atıla bilər, lakin “bu, şəraitdən asılı olacaq”.
Qeyd edək ki, Trampın bu açıqlaması ABŞ dövlət katibi Marko Rubionun sözləri ilə ziddiyyət təşkil edir. Rubio demişdi ki, Rusiya təyyarələri NATO məkanına daxil olsa belə, əgər hücum etmirlərsə, vurulmayacaqlar.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ