İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyanı “kağız pələng” adlandırdı

ABŞ prezidenti Donald Tramp Rusiya iqtisadiyyatının çöküş mərhələsinə qədəm qoyduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Tramp çıxışında Moskvanın həm daxili böhran, həm də Qərbin təzyiqləri altında əvvəlki güc təsəvvürünü itirdiyini bildirib. “Putin və Rusiya böyük iqtisadi çətinliklər yaşayır. İndi Ukraynanın hərəkətə keçməsi üçün ən uyğun vaxtdır”, – deyə o, vurğulayıb.

Trampın sözlərinə görə, Rusiyanın hərbi potensialı kağız üzərində qorxulu görünsə də, iqtisadi zəiflik Kremlə real manevr imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, Trampın bu açıqlaması ABŞ və Avropada Ukraynanın yeni hərbi təşəbbüsləri ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə səsləndirilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR