İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalarovlardan İstintaq Komitəsinə şikayətin arxasında kimlər var?

Rusiya nəşri baş verənlərdə Kremlin əli olduğu gizlətmir

Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin səngidiyi bir vaxtda Moskvadan Bakıya qarşı yeni həmlə barədə xəbər yayılıb. Belə ki, Azərbaycanda fəal biznes və investisiya işləri görən Emin Ağalarov və “Crocus Group” un sahibi Araz Ağalarov yenidən hədəf alınıb.

Musavat.com komp1.guru saytına istinadən xəbər verir ki, “Crocus City Hall”da baş vermiş yanğında zərərçəkənlər vəkil İqor Trunov vasitəsilə Araz və Emin Ağalarovun bütün aktivlərinin, o cümlədən “Crocus Group”, “Crocus”, “Crocus Profi” özəl mühafizə şirkəti və “Crocus International” ASC-nin hesablarının dondurulması ilə bağlı İstintaq Komitəsi qarşısında vəsatət qaldırıblar. “Müraciət artıq qəbul olunub və bu, hələ başlanğıcdır. Onlar yüzlərlə insanın tüstüdən boğulmasına görə oliqarxların bütün mülkiyyətlərinə “əl qoyulmasını” tələb edirlər” deyə, xəbərdə bildirilir. “İstintaq müəyyən edib ki, “Crocus”da 4 qəza pilləkəninin 3-ü, eləcə də xidməti çıxışlar bağlı olub, yanğın təhlükəsizliyui qaydaları pozulub. İstintaq Komitəsi buna görə cinayət işi açıb və “Crocus”un iki yanğınsöndürmə rəisi səhlənkarlığa görə mühakimə olunur. Aydındır ki, onlar sadəcə “günah keçisidirlər” və bütün günahı məkan sahibləri daşımalıdır” deyə, sayt yazır. 

resize-27-3-750x403.jpg (44 KB)

Xəbərdə o da iddia olunur ki, E.Ağalarov Rusiyada restoran biznesindən çəkilib, Moskvada elit restoranını bağlayıb. A.Ağalarovun da hələ Bakıda olduğu deyiir. 

image_750x_68602a7c2fda5.jpg (222 KB)

Maraqlıdır ki, Ağalarovlar ətrafında baş verənlərdə Rusiya hakimiyyətinin əli olduğu gizlədilmir. “Görünür, hakimiyyətin səbri tükənib, istisna edə bilmərik ki, zərərçəkənlər oliqarxlara qarşı təzyiqləri artırmağa məcbur ediliblər və bundan onlara (Ağalaravlara-red) qarşı ciddi məhkəmə araşdırmalarına, o cümlədən aktivlərinin “milliləşdirilməsinə” başlamaq üçün bəhanə kimi istifadə ediblər” deyə, xəbərdə bildirilir.

Ağalarovlara məxsus “Crocus City Hall” konsert kompleksi 22 mart 2024-cü ildə dəhşətli terror aktına məruz qalmışdı. Hadisə nəticəsində azı 150 nəfər həlak olmuş, 551 nəfər isə yaralanmışdı. Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir. 

aqalarov.jpg (34 KB)

Qeyd edək ki, bir müddət öncə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Araz Ağalarova qarşı icraata başlayıb. Rəsmi səbəb borc mübahisəsi kimi təqdim olunsa da, prosesin mahiyyət etibarilə maliyyə məsələlərindən daha dərin səbəblərə söykəndiyi ehtimal olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR