Onlayn ictimai-siyasi qəzet
Balıkesirdə 4,5 bal gücündə zəlzələ baş verib.
Türkiyənin Balıkesir vilayətinin Sındırgı bölgəsində növbəti dəfə zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, 24 sentyabr saat 01:27-də baş verən zəlzələnin maqnitudası 4,5 bal, dərinliyi isə 7 kilometr olub.
Qeyd edək ki, Balıkesirdə 10 avqustda 6,1 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələnin təsirlərindən sonra Balıkesir artçı təkanlarla silkələnir. AFAD-ın açıqlamasında bildirilib ki, bölgədə təkanlar davam edir.
Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib. Rəsmilər vəziyyəti diqqətlə izlədiklərini açıqlayıblar.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ