Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurasının nüvə proqramı ilə bağlı İrana qarşı sanksiyalarının bərpası məsələsi yaxın saatlarda həll oluna bilər.
Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib:
"Gələcək saatlar həlledici olacaq. Ya İran xoşməramlı jest göstərəcək, sülh və məsuliyyət yoluna qayıdacaq, MAQATE-yə öz işini görməyə icazə verəcək və zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılmasını təmin edəcək, ya da sanksiyalar qüvvəyə minməli olacaq. Sabah(bu gün –red.) mənim İran prezidenti Məsud Pezeşkianla bunu müzakirə etmək imkanım olacaq".
Fransa prezidenti İranın nüvə proqramı ilə bağlı kompromisin olmamasına görə bütün məsuliyyəti Tehranın üzərinə qoyub və ona nəzarəti bərpa etməyə çağırıb. Onun sözlərinə görə, müvafiq “plan artıq mövcuddur”: “Nüvə silahlarının istənilən yayılmasına qarşı mübarizə aparmaq üçün etibarlı və yoxlanıla bilən bir sistemin, təhdidlərin və ballistik raketlərin yayılmasının qarşısını almaq üçün etibarlı sistemin yenidən qurulması təcilidir”.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ