İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial media hesabında paylaşım edib.

"Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik", - nazir paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Ceyhun Bayramov bildirib ki, görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR