İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya və İsrail sentyabrın 24-ü və ya 25-də saziş imzalaya bilər

Təhlükəsizlik danışıqlarında iştirak edən Suriya və İsrail nümayəndə heyətləri sentyabrın 24-ü və ya 25-də ikitərəfli saziş imzalaya bilər.

"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ sənədin BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 80-ci sessiyası dövründə imzalanmasında israr edir.

İsrailin təklif etdiyi saziş Dəməşqin cənub-qərbində bu dövlətlə məsafədən asılı olaraq müxtəlif təhlükəsizlik rejimlərinin tətbiq ediləcəyi üç silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Suriyaya orada polis qüvvələrini yerləşdirməyə icazə veriləcək, lakin bu zonalar üzərindən hava uçuşları qadağan ediləcək.

İsrail isə Suriyada hakimiyyət dəyişikliyindən sonra ordusunun 2024-cü ilin dekabrında ələ keçirdiyi Hermon (Cəbəl əş-Şeyx) dağındakı radiolokasiya stansiyasını saxlamaq niyyətindədir. Dəməşqin 50 kilometr cənubunda yerləşən Deraa əyalətinin Təl əl-Harra bölgəsində də analoji obyekt İsrail ordusunun nəzarəti altında qalacaq.

Xatırladaq ki, sentyabrın 22-də Suriyanın keçid dövründəki Prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ölkəsinin İsraillə müharibə aparmaq ismədiyini, tikinti prosesini davam etdirmək üçün sülh lazım olduğunu bəyan edib. O əlavə edib ki, iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilər, lakin istənilən halda İsrail Suriya ərazisindən çıxmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR