İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Osloda güclü partlayış OLDU

Norveçin paytaxtı Osloda yerləşən Pilestredet bölgəsində güclü partlayış qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis əməkdaşı və bomba üzrə mütəxəssislər cəlb olunub. Rəsmilərin açıqlamasına görə, partlayışdan sonra şübhəli əşyalar aşkarlanıb və ərazi geniş şəkildə kordon altına alınıb.

Hakimiyyət orqanları sakinlərə pəncərələrdən uzaq durmaq və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək barədə xəbərdarlıq ediblər.

Hazırda hadisə nəticəsində tələfat və ciddi xəsarət barədə məlumat yoxdur. Şəhər mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi tramvay xətləri isə fəaliyyətini dayandırıb.

Polis partlayışın səbəblərini araşdırır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR