İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Tramp indi mənə daha çox güvənir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-la münasibətlərə dair diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Zelenski bəyanatında Rusiya lideri Vladimir Putinin ABŞ prezidenti Donald Trampa “həqiqətdən uzaq məlumatlar” təqdim etdiyini bildirib. O qeyd edib ki, artıq Tramp reallığı daha yaxşı anlayır və ona daha çox güvənir.

“Putin Trampa həqiqətə uyğun olmayan məlumatlar təqdim edib. İndi isə Tramp mənə daha çox etibar edir. Mən buna görə ona çox minnətdaram. Hazırda detalları açıqlaya bilmərəm. Amma Trampın cəbhə xəttindəki vəziyyətlə bağlı çox vacib məlumatları var”, – Zelenski vurğulayıb.

Onun sözləri beynəlxalq mediada maraqla qarşılanıb. Şərhçilərin fikrincə, bu açıqlama Vaşinqtonla Kiyev arasında qarşılıqlı etimadın möhkəmləndiyini, eyni zamanda Rusiyanın informasiya siyasətində uğursuzluq yaşadığını göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR