Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Qəzza məsələsinə dair sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, Rubio çıxışında ABŞ-ın bölgədəki təsir gücünə toxunaraq bildirib: “Türkiyə də daxil olmaqla hamı bizdən Qəzzaya müdaxilə etməyimizi xahiş edir. Günün sonunda nəsə istəyəndə Ağ Evə gəlirlər. Prezidentin əlini sıxmaq üçün mənə 5 dəqiqə ayırarsınızmı? – deyə soruşurlar”.
Rubio əlavə edib ki, müttəfiqlərin ictimai çıxışları fərqli olsa da, nəticədə hamısı Vaşinqtona üz tutur: “Onların nə danışmasından asılı olmayaraq, sonda Ağ Evə gələrək görüş üçün yalvarırlar”.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ