Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətlərinin müzakirəsinin hazırda gündəmdə olmadığını bildirib.
Musavat.com xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bu məsələnin indiki mərhələdə cavablandırılmasının tez olduğunu vurğulayıb. “Biz bu barədə danışacağıq. Və ümid edirəm ki, bir az sonra bu mövzunu müzakirə etmək imkanımız olacaq. Hazırda bu suala cavab vermək tezdir”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi sonrakı mərhələdə daha dəqiq formalaşdırılacaq. Tramp bildirib ki, gələcəkdə Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlər gündəliyə daxil ola bilər, lakin indiki mərhələdə hələlik vaxtı yetişməyib.
Musavat.com
24 Sentyabr 2025
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ