Onlayn ictimai-siyasi qəzet
İlon Maskın atası Errol Mask üç dəfə uşaqlara qarşı cinsi təcavüz və əxlaqsız hərəkətlərdə ittiham olunaraq araşdırmalara cəlb edilib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin polis və məhkəmə protokollarına, həmçinin Mask ailəsinin üzvlərinin sözlərinə istinadən verdiyi xəbərə görə, Errol Mask barədə üç ayrı istintaq aparılıb. Onlardan ikisi dayandırılıb, üçüncüsünün nəticələri barədə isə məlumat yoxdur.
Məlumata görə, ailə üzvləri onu 5 doğma övladına və övladlığa götürdüyü bir qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham ediblər. Qəzetin yazdığına görə, ilk hadisə 1993-cü ildə, sonuncu isə 2023-cü ildə baş verib.
NYT qeyd edir ki, məhz bu ittihamlar İlon Maskın atası ilə münasibətləri kəsməsinin əsas səbəblərindən biri olub. Ailə üzvləri dəfələrlə İlon Maskdan vəziyyətə müdaxilə etməsini xahiş ediblər və o, “bəzi hallarda tədbirlər görüb”.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ